Yeniliklər
19
Aprel
2023

Başak Qrup idarə heyəti üzvləri 133cü "Canton Fair" sərgisində

Bu il ən böyük və qədim sərgilərdən hesab olunan Kanton Sərgisinin sayca 133-cü sessiyası keçirilmişdir.

Çinin xarici ticarətində mərkəz rolunu oynayan Quançjou şəhərində ölkənin ən böyük ticarət sərgisi olan 133-cü Çin idxal və ixrac sərgi-yarmarkanın (Kanton sərgisi) yaz sessiyası işə başlayıb. Öz sahəsinin lider şirkətlərindən olan “Özkirəmit” şirkətinin rəhbər heyətindən Nizam Abdullayev və Tural Əlizadə ziyarət çərçivəsində Çinin dövlət kanalı olan CGTN-ə müsahibəsində Azərbaycan və Çin iqtisadi əlaqlərinin hər keçən gün böyüməsindən məmnunluqlarını bildirib, Azərbaycandan olan iş adamları ilə Çin iş adamlarının qarşılıqlı ticari əməkdaşlığının vacibliyini vurğulayıb. Qeyd edək ki, yerli və xarici olmaqla ümumilikdə 35 min ziyarətçinin qatılacağı sərgi mayın 5-dək davam edəcək. Ümumi ekspozisiya sahəsi 1,5 milyon kvadratmetr olan sərgi-yarmarkada təxminən 70 min köşk fəaliyyət göstərir. “Canton Fair” sərgisində bütün çin ixracının illik həcminin onda bir hissəsini təşkil edən sövdələşmələrin ən böyük həcmi və dövriyyəsi həyata keçirilir.